Bakıda fəhlə binada işləyərkən ölüb


Sosial 17 Mar 2018 03:13:36 307 0

Bakıda fəhlə binada işləyərkən ölüb

Onun ürəktutmasından öldüyü ehtimal edilir

Bakıda yarımtikili binada təmir işləri aparan yaşlı kişi iş zamanı ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

1962-ci il təvəllüdlü Talıbov Məqsəd Mətləb oğlu yarımtikilidə daş daşıyarkən qəfil keçinib. Onun ürəktutmasından öldüyü ehtimal edilir. 

Hadisə yerinə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.