Bakıda usta ehtiyatsızlıqdan arteriya damarını doğrayaraq ölüb


Sosial 17 Mar 2018 02:35:16 307 0

Bakıda usta ehtiyatsızlıqdan arteriya damarını doğrayaraq ölüb

O, qurşaq nayihəsində şah damarını doğrayıb

Xəzər rayonunda bir nəfər ehtiyatsızlıqdan özünü doğrayıb.

"Report"un xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib.

"Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Həsənov Çingiz Məhəmməd oğlu alətlə - "laqonda" ilə dəmir kəsərkən ehtiyatsızlığa yol verib. Nəticədə o, qurşaq nahiyəsində şah damarını doğrayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.