Günün qoroskopu: deyəsən, bütün dünya sizə qarşı səfərbər olub


Digərləri 17 Mar 2018 00:01:00 249 0

Günün qoroskopu: deyəsən, bütün dünya sizə qarşı səfərbər olub

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.

Günün ikinci yarısında çoxdan arzuladığınız görüşün baş tutması ehtimalı var.

Buğa - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Əkizlər - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.

Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!

Xərçəng - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə yollanmaq və əylənmək olar.

Pul barədə düşünməyə dəyər. Maliyyə məsələlərinin həlli üçün heç vaxt olmadığı qədər əlverişli gündür.

Şir - bu gün nə qədər az planlar qursanız, o qədər yaxşıdır. Beyninizə gələn gözlənilməz ideyalar çox yaxşı olacaq və dərhal onları həyata keçirməyə girişmək lazımdır. Ətrafınızdakıları qəhrəmanlıqlara ruhlandırmağa qadirsiniz. Bu imkandan məqsədinizə çatmaq üçün yararlana bilərsiniz.

Gün olduqca güclü emosiyalarla yadda qalacaq. Bu emosiyaların müsbət və ya mənfi olması sizin özünüzdən asılıdır. Sizə sevinc gətirəcək romantik məşğuliyyət mümkündür. Amma bu məşğuliyyətin həyəcanı da az olmayacaq.

Qız - çox yaxşı gündür. Hadisələr sizin gözləntilərinizə uyğun inkişaf edəcək, uğurlarınız isə nəzərdə tutduğunuzdan da böyük olacaq. Gözlənilməz görüş çox xoş olacaq. Yeni dost tapmağınız və ya sözün həqiqi mənasında vurulmağınız mümkündür.

İstənilən səfərlər, eləcə də ictimai və ya kübar tədbirləri ziyarət etmək üçün çox əlverişli gündür. Günün ikinci yarısında uzaqdan maraqlı xəbərlər alacaqsınız. Əvvəlcə buna necə reaksiya verəcəyinizi bilməyəcəksiniz. Lakin bir qədər sonra nəyin nə olduğunu aydınlaşdırıcaqsınız. Ən maraqlısı da bundan sonra başlayacaq.