Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq


Dünya 16 Mar 2018 23:57:00 271 0

Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq

"ABŞ hələlik İran əleyhinə yeni sanskiyalar tətbiq etmir. Lakin həmişə bu imkanları nəzərdən keçirir".

Son.az report.az-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

"Bizim sanksiyalarla bağlı heç bir yeni elanımız yoxdur. Lakin həmişə irəli hərəkət etmək, amerikalıları müdafiə etmək və prezidentin gündəliyini irəli çəkmək üçün ən yaxşı vasitəyə baxırıq", - deyə Sanders brifinqdə bildirib.