"Hər çanağı dar qadına doğuşu qadağan etmək düzgün deyil"


Digərləri 16 Mar 2018 23:09:00 312 0

"Hər çanağı dar qadına doğuşu qadağan etmək düzgün deyil"

Doğuş zamanı əksər hamilə qadınların çanağının dar olduğu ortaya çıxır. Bu zaman daha çox təbii doğuşa yox, qeysəriyyə kəsiyi ilə əməliyyata üstünlük verilir. Bəzi hallarda isə bu cür doğumlar təbii yolla həyata keçirilir, bu isə körpənin və ananın sağlamlığı üçün olduqca zərərlidir. Bəs doğum zamanı dar çanaqla bağlı problem yaşanmaması üçün nə etmək lazımdır? Son.az ailem.az-a istinadən problemlə bağlı ginekoloq Səbinə Mirzəyevanın fikirlərini təqdim edir.

Həkim deyir ki, hamiləlik zamanı, ən əsası doğuşa yaxın zamanda çanağın ölçülməsi ən vacib məqamlardan biridir: "Çünki dölün başı çanaq halqasından daha böyük olduqda doğuş zamanı ağır fəsadlar baş verə bilər. Bu problemlərlə üzləşməmək üçün çanağın doğuşa uyğun olub-olmadığını öncədən bilmək vacibdir".