Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL


Digərləri 16 Mar 2018 22:20:00 300 0

Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL

Hipertoniya xəstəliyi bütün dünyada infarkt və insultun əsas səbəbidir.

İldən ilə bu xəstəliyə tutulan insanların sayı artır, xəstəlik getdikcə "cavanlaşır".

Hipertoniyanı "hiyləgər xəstəlik" adlandırırlar. Bunun bir çox səbəbləri var. Hipertoniya uzun müddət ərzində simptomsuz, gizli inkişaf edir, əksər hallarda onun inkişafı səbəbini aşkar etmək məlum olmur, müalicəsi bir çox hallarda effekt vermir və ya müvəqqəti effekt verir. Bütün bunları nəzərə alaraq hipertoniyanın profilaktikasına daha çox diqqət etmək lazımdır. Profilaktik tədbirlər arasında: sağlam qidalanma, aktiv həyat tərzi, streslərdən qaçmaq, pis vərdişlərdən çəkinmək kimi tədbirlərdir.

Bəzi məhsullar var ki, onlar damarların sağlamlığını qoruyur, hipertoniyanın inkişafının riskini azaldır. Belə məhsullardan biri ucuz və əlçatan mərcidir.