Avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 16 Mar 2018 21:51:00 240 0

Avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 28 May küçəsində alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.