6 nəfərin ölümü ilə nəticələnən qəzada yaralanan sürücü Bakıya gətirilib


Digərləri 16 Mar 2018 21:54:15 260 0

6 nəfərin ölümü ilə nəticələnən qəzada yaralanan sürücü Bakıya gətirilib

Ağsu rayonunda 6 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan "VAZ 2106" markalı avtomobilin sürücüsü Bakı şəhərinə göndərilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan sürücü, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu Ağsu rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə köçürülüb. Yaralıya ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərinə - Elmi Tədqiqat Travmotologiya İnstitutuna köçürülüb.

Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillr toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.

həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Soaial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır. O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T. İsmiyevin həyat yoldaşı, 1961-ci ik təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

Yaralıya "Sağ bud sümüyünün orta 3/1 hissəsinin qapalı sınığı"diaqnozu qoyulub.