Almaniyada zavodda partlayış baş verib, yaralılar var


Dünya 16 Mar 2018 21:39:00 211 0

Almaniyada zavodda partlayış baş verib, yaralılar var

Xilasdicilər hələlik binaya daxil ola bilmirlər

Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.

İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.

Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb.