Kainatda qalaktikaların qəribə hərəkəti aşkarlandı


Digərləri 16 Mar 2018 21:15:00 280 0

Kainatda qalaktikaların qəribə hərəkəti aşkarlandı

Avstraliyanın Beynəlxalq radioastronomik tədqiqat mərkəzinin alimləri bütün qalaktikaların kənar sahələrində olan kosmik obyektlərin nüvə ətrafında  təxminən bir milyard ilə dövrə vurduğunu öyrənib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu fenomen artıq qəbul olunmuş astronomik baxışları alt-üst edib.

Belə ki, ənənəvi baxışa görə, eyni ölçüdə olan qalaktikaların müxtəlif sürətlə dövrə etdiyi fərz olunurdu.

Tədqiqatçıların sözlərinə görə, bu fenomen diskinin radiusundan asılı olmayaraq bütün kənar ulduz sistemləri üçün xarakterikdir. Bu onunla izah olunur ki, eyni ölçüyə malik bütün qalaktikalar orta hesabla eyni sıxlığa malik olur.