Ağsuda dəhşətli qəzada ölənlərdən biri nazirlik əməkdaşıdır


Digərləri 16 Mar 2018 20:10:00 235 0

Ağsuda dəhşətli qəzada ölənlərdən biri nazirlik əməkdaşıdır

Ağsu rayonunda dəhşətli yol qəzasında ölənlərdən iki nəfərin adları məlum olub.

Bakı. Samir Əli - Ağsu rayonunda dəhşətli yol qəzasında ölənlərdən ikisinin adları müəyyənləşib. Trend-in məlumatına görə, həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır. O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.