İdman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub


Digərləri 16 Mar 2018 20:09:33 320 0

İdman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki,  finala Taybeydən Çi Kay Li, İran gimnastı Səidrza Keyxa, Çin idmançısı Xo Venq və Çunven Vanq, belaruslu Andrey Lixovitskiy, Xorvatiyada Takaaki Suqino, Qazaxıstan təmsilçisi Nəriman Qurbanov və sloveniyalı Saso Bertonsel çıxıb.

Azərbaycan gimnastları Dariy Morozov və Murad Ağarzayev müvafiq olaraq 13 və 33-cü yeri tutub və finala çıxa bilməyiblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.