BDU-da “Türk xalqlarında Novruz” adlı tədbir təşkil olunub


Digərləri 16 Mar 2018 20:08:35 225 0

BDU-da “Türk xalqlarında Novruz” adlı tədbir təşkil olunub

Abel Məhərrəmov Novruzun tarixi kökləri haqqında danışıb, bu bayramı sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, təbiətin oyanışı kimi xarakterizə edib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) “Türk xalqlarında Novruz” adlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov Novruzun tarixi kökləri haqqında danışıb, bu bayramı sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, təbiətin oyanışı kimi xarakterizə edib. Universitetdən Trend-ə verilən məlumata görə, Novruzun xalqımız üçün həmişə əziz və müqəddəs bayram olduğunu və onun hər il təntənəli şəkildə keçirildiyini qeyd edən rektor əlamətdar gün münasibətilə müəllim-tələbə heyətini təbrik edib, onlara xoş arzularını bildirib. Rektor Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb. Bu əziz bayramın Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu deyən rektor Novruzun ürəklərə sonsuz sevgi və məhəbbət bəxş etdiyini vurğulayıb.