Komandanın yeni üzvü: "Azərbaycanda idmançılar üçün gözəl şərait yaradılıb"


Digərləri 16 Mar 2018 19:00:00 347 0

Komandanın yeni üzvü: "Azərbaycanda idmançılar üçün gözəl şərait yaradılıb"

Azərbaycan idmançılar üçün gözəl şərait yaradır.

Son.az xəbər verir ki, bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan milli komandasının yeni üzvü Dariy Morozov deyib.

Yanvar ayında komandaya qatılmış D.Morozov öz təəssüratlarından danışıb:

"Mən özüm Rusiyada, Moskvada doğulub böyümüşəm. Azərbaycan millisində iştirak etməyə məni yanvarda dəvət etdilər, razılıq verdim və iki günə toplanıb Bakıya gəldim. Burada məni mehribanlıqla qarşıladılar. Mən məşqçi heyətindən, idmançılara yaradılan şəraitdən, bir sözlə hər şeydən çox razıyam".

İdmançı qeyd edib ki, öz çıxışından razı qalıb:

"Bu, mənim ilk iri yarışımdır, ona görə də bir qədər həyəcan var. Yenə də mən öz çıxışımdan razıyam, məşqçi də razıdır. Növbəti yarış böyük ehtimalla Avropa çempionatı olacaq. Orada mən altı növün hər birində çıxış edəcəyəm".

D.Morozov həmçinin azarkeşlərə dərin minnətdarlığını bildirib.