Dünya şöhrətli azərbaycanlı pianoçu Adilə Əliyevanı yaxından tanıyaq


Kriminal 16 Mar 2018 19:06:00 320 0

Dünya şöhrətli azərbaycanlı pianoçu Adilə Əliyevanı yaxından tanıyaq

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Fransada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva haqqında məqalə yaradılıb. 

Son.az bildirir ki, MEK-in Şəms Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində məqalə fransız dilinə çevrilərək Vikipediyada yerləşdirilib.

Məqalədə qeyd olunur ki, Bakı şəhərində anadan olan Adilə Əliyevanın ilk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirən A.Əliyeva oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. A.Əliyeva 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. Onun 50-dən çox ölkədə - əksər Avropa və Amerika şəhərlərində, o cümlədən Vatikanda konsertləri təşkil edilib.