Azər Türk Bank “Baharı faizsiz keçir” kampaniyasına başlayır


Digərləri 16 Mar 2018 18:10:00 324 0

Azər Türk Bank “Baharı faizsiz keçir” kampaniyasına başlayır

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank bu dəfə "Baharı faizsiz keçir" kampaniyasına start verdi.

Qarşıdan gələn Novruz bayramı münasibətilə təşkil edilmiş kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

15 mart tarixindən başlayaraq, aprel ayının 30-na kimi davam edəcək bu kampaniya çərçivəsində müraciət edənlərə bank hamı üçün sığortasız olan "İstehlak" krediti və əməkhaqqı kartı müştəriləri üçün nəzərdə tutulmuş "Korporativ" kredit məhsullarına güzəştlər tətbiq edir.