Elçin Rəhmanov rəqiblərimizin oyununa baxacaq


İdman 16 Mar 2018 18:20:00 333 0

Elçin Rəhmanov rəqiblərimizin oyununa baxacaq

Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında qrup rəqibləri olan Kosovo və Farer adaları yığmalarının yoldaşlıq görüşlərini izləyəcək. Goal.az bununla bağlı baş məşqçi Qurban Qurbanov göstəriş verib. E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmalarına canlı baxacaq. Millətlər Liqasında Azərbaycanın daha bir rəqibi Maltadır.