Alimlər üçün tikilən mənzillərin satışına başlanıldı


Digərləri 16 Mar 2018 17:09:00 263 0

Alimlər üçün tikilən mənzillərin satışına başlanıldı

Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

Son.az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, "Smart City - Ağıllı Şəhər" tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.