Prezident İlham Əliyev nepallı həmkarını təbrik edib


Siyasət 16 Mar 2018 16:54:37 255 0

Prezident İlham Əliyev nepallı həmkarını təbrik edib

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".