Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı riyazi model hazırlanıb


Digərləri 16 Mar 2018 16:57:00 302 0

Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı riyazi model hazırlanıb

Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb.

Son.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasnın (AMEA) Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, model institutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, elmlər doktoru Rauf Qardaşov tərəfindən hazırlanıb.

Alim bu gün "Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması" mövzusunda etdiyi məruzə zamanı bunun iki modelin birləşməsindən ibarət olduğunu qeyd edib.

Alim bildirib ki, birinci model yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablama, ikinci model günəş avtomobilləri hərəkətinin riyazi modelidir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr (dartı, ağırlıq, reaksiya və müqavimət), yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib.