Qlaukomanın müasir diaqnostikası və müalicəsi yolları müzakirə edilib (FOTO)


Digərləri 16 Mar 2018 16:59:07 188 0

Qlaukomanın müasir diaqnostikası və müalicəsi yolları müzakirə edilib (FOTO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda qlaukomanın diaqnostikasından, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin Qlaukoma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, cərrah Fidan Ağayeva bildirib ki, qlaukoma xəstəliyi el arasında "qara su" kimi tanınsa da, kəskin qlaukoma tutması zamanı gözlər rəngi yaşıla çalır: