Alimlər üçün tikilən mənzillərin satışına başlanılıb


Digərləri 16 Mar 2018 16:40:00 234 0

Alimlər üçün tikilən mənzillərin satışına başlanılıb

Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb. Akademiyadan Trend-ə verilən məlumata görə, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.