Külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısı alındı


Digərləri 16 Mar 2018 16:15:00 276 0

Külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısı alındı

Bakı Baş Gömrük İdarəsi külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

Saxta invoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

"Define" MMC

27139,49 ABŞ dollar

38770,70 ABŞ dolları

11631,2 ABŞ dolları

 

2

"Define" MMC

42040,54 ABŞ dolları

60024,2 ABŞ dolları

17983,66 ABŞ dolları

 

3

"Yumaks" MMC

29463,86 Avro

87000 Avro

57536,14 Avro

 

4

"Həsənoğlu LTD" MMC

18774,22 ABŞ dolları

54090,42 ABŞ dolları

35316,2 ABŞ dolları

 

5

"Desplazado" MMC

49155 ABŞ dolları

149249,89 ABŞ doları

100094,89 ABŞ dolları

 

6

"EPMSS Group" MMC

34476,3 ABŞ dolları

119976,56 ABŞ dolları

85500,26 ABŞ dolları

 

7

"Star-SM" MMC

15709 ABŞ dolları

95552,8 ABŞ

dolları

79843,8 ABŞ dolları

 

8

Cəbiyev Səxavət Balaxan oğlu

38280 ABŞ dolları

69135 ABŞ dolları

30855 ABŞ dolları

 

9

"Aysberg BZ" LTD

64083 ABŞ dolları

134616 ABŞ dolları

70533 ABŞ dolları