Bakıda gimnastika tiri üzərində hərəkətlərdə Dünya Kuboku finalçıları məlum olub


Digərləri 16 Mar 2018 16:13:41 205 0

Bakıda gimnastika tiri üzərində hərəkətlərdə Dünya Kuboku finalçıları məlum olub

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında gimnastika tiri üzərində hərəkətlərdə finalçılar məlum olub.

Bakı. Ənvər Məmmədov - Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında gimnastika tiri üzərində hərəkətlərdə finalçılar məlum olub. Trend-in məlumatına görə, təsnifat yekunları üzrə Han Lo və Tsziaçi Lyu (Çin), Göksu Uctaş Şanlı (Türkiyə), Oksana Çusovitina (Özbəkistan), Ancela Maguayr (CAR), İoanna Ksuloqi və Evelina Macia (Yunanıstan) və Yana Fydorova (Ukrayna) finala çıxıblar. Azərbaycan gimnastları Yuliya İnşina və Mariya Smirnova müvafiq olaraq 10 və 14-cü yeri tutub və finala çıxa bilməyib. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib. Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.