Beynəlxalq liman konfransı Azərbaycanın regional qovşaq kimi tanınmasına kömək edəcək


Digərləri 16 Mar 2018 16:08:19 206 0

Beynəlxalq liman konfransı Azərbaycanın regional qovşaq kimi tanınmasına kömək edəcək

8-11 may tarixlərində Bakıda keçiriləcək Beynəlxalq liman konfransı Azərbaycanın “regional qovşaq” konsepsiyasının bəyan olunması üçün yaxşı imkan olacaq.

Bakı. Maksim Tsurkov - 8-11 may tarixlərində Bakıda keçiriləcək Beynəlxalq liman konfransı Azərbaycanın “regional qovşaq” konsepsiyasının bəyan olunması üçün yaxşı imkan olacaq. Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbəri Taleh Ziyadov deyib. T.Ziyadov bildirib ki, Beynəlxalq Limanlar Assosiasiyasının konfransında iri limanların rəhbərləri, eləcə də iri logistika və nəqliyyat şirkətləri iştirak edəcək: “Bizim bu konfransla bağlı böyük ümidlərimiz var. Bu konfrans dövlət başçısının limanın inkişafına verdiyi önəmin göstəricisidir”.