Girov götürdüyü şəxsi öldürən mütəşəkkil dəstənin üzvü beynəlxalq axtarışa verildi


Digərləri 16 Mar 2018 15:56:00 384 0

Girov götürdüyü şəxsi öldürən mütəşəkkil dəstənin üzvü beynəlxalq axtarışa verildi

Azərbaycan ağır cinayətlərdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1986-cı il təvəllüdlü Ramin Həsənov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup dəstə tərfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülmə ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinir.