"İnanıram ki, Azərbaycan və Ermənistan razılığa gələ bilər" Burbulis


Siyasət 16 Mar 2018 15:34:00 248 0

"İnanıram ki, Azərbaycan və Ermənistan razılığa gələ bilər"  Burbulis

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı razılığa gələ bilər. 

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis deyib.

"Elə bir tarixi münaqişə, problem yoxdur ki, onu həll etmək mümkün olmasın. Biz hesab edirik ki, nəsillər, dinlər, mədəniyyətlər arasında inamın yaradılması üçün hərtərəfli iş görmək lazımdır. Bu işlərin hamısını ümidi itirmədən mütəmadi etmək lazımdır", - G. Burbulis söyləyib.