Rezidenturaya və dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin nəzərinə!


Digərləri 16 Mar 2018 15:25:00 223 0

Rezidenturaya və dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Rezidenturaya və dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirələcək təkrar sınaq imtahanına* qeydiyyat davam edir.

DİM-dən Son.az-a verilən məlumata görə, sınaq imtahanları 17 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat 17 mart tarixində saat 9:00-da başa çatacaq.

İmtahanlar saat 10:00-da başlayacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. "Şəxsi kabinet" bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet"də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.