Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi dəyişib XƏRİTƏ


Digərləri 16 Mar 2018 15:13:04 281 0

Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi dəyişib  XƏRİTƏ

Bakıda bir avtobus marşrutu bərpa edilib, digərinin adı, üçüncüsünü son dayanacaq yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, paytaxtda 59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.

Onlardan 59 nömrəli müntəzəm marşrut xətti üzrə:

Bu marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib. Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi - Mətbuat prospekti - Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (metronun "28 May" stansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava - metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində isə gediş-gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.

108 nömrəli müntəzəm marşrut xətti üzrə:


Xəbərə aid fotolar