Şimali afrikalılar dünya çempionatını keçirmək istəyirlər


İdman 16 Mar 2018 14:30:00 293 0

Şimali afrikalılar dünya çempionatını keçirmək istəyirlər

Mərakeş Futbol Federasiyası 2026-cı il dünya çempionatını keçirmək üçün namizədliyini irəli sürüb. Goal.az xəbər verir ki, martın 17-də Kasablankada keçiriləcək iclasda təşkilat komitəsi bu barədə ətraflı məlumat yayacaq. Mərakeşin bu baxımdan rəqibi ABŞ, Meksika və Kanada olacaq. Turnirin ev sahibinin adı 13 iyunda açıqlanacaq. FİFA-nın Moskvada keçiriləcək konfransında ilk dəfə 211 üzvün hamısı səsvermədə iştirak edəcək.