Cennifer Lopes etiraf etdi: mənə dedi ki, soyun... FOTO


Digərləri 16 Mar 2018 14:31:00 335 0

Cennifer Lopes etiraf etdi: mənə dedi ki, soyun...  FOTO

"Nikaha inanıram və qocalığımı da normal ailə münasibətlərində, nikahda qarşılamaq istərdim. Amma tələsmirəm... Sevgilimlə bir-birimizi əla anlayırıq. Az ailədə belə anlayış var".

Son.az bildirir ki, məşhur amerikalı müğənni və aktrisa, 48 yaşlı Cennifer Lopes "Harper's Bazaar" jurnalı üçün açıqlamasında belə deyib.

"Cey Lo" jurnalın suallarını cavablamaqla yanaşı, "J. Lo's Flying High" fotosessiyasına da çəkilib.

ABŞ-ın Los-Anceles şəhərindəki "TenTen Wilshire" göydələnində çəkilmiş sessiyada Lopesin tərəf-müqabili model Pyetro Boselli olub.

C.Lopesin dediyinə görə, qeyri-rəsmi nikahda olduğu sevgilisi, beysbolçu Aleks Rodrigeslə rəsmi nikaha tələsmir.


Xəbərə aid fotolar