"Bakcell"in "Ulduzum" proqramı ilə 25 faiz endirim fürsəti


Digərləri 16 Mar 2018 14:35:00 326 0

"Bakcell"in "Ulduzum" proqramı ilə 25 faiz endirim fürsəti

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell"  "Ulduzum" loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir.

Bu dəfə "Bakcell"in "Ulduzum" abunəçiləri "Megafun" Əyləncə Mərkəzində təklif olunan oyunlara 25% endirim əldə etmək fürsəti qazanıblar. Belə ki, mart ayının 12-dən etibarən "Megafun"da istifadə edilən karta 20 AZN yükləyən hər bir "Ulduzum" istifadəçisi oyun və attraksionların qiymətlərinə 25% endirim əldə edəcəkdir. Qeyd edək ki, bu kampaniya çərçivəsində təklif olunan endirim yalnız böyük boulinq və "PlayStation" oyun zonalarına şamil edilmir.

Xatırladaq ki, 2,7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.


Xəbərə aid foto