"Hər müsahibəmdən sonra ərimin eksarvadı məni polisə verir" FOTO


Şou-biznes 16 Mar 2018 14:12:00 363 0

"Hər müsahibəmdən sonra ərimin eksarvadı məni polisə verir"  FOTO

Son zamanlar müsahibə verməkdən çəkinirəm. Çünki hər müsahibəmdən sonra həyat yoldaşımın eks-arvadı məni polisə verir. 

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Türkiyə vətəndaşına ərə gedən azərbaycanlı aktrisa Cəmilə Tağızadə deyib. 

O bildirib ki, həyat yoldaşı dörd il öncə boşanmasına baxmayaraq, onun keçmiş arvadı cütlükdən əl çəkmir:

"Ərimin keçmiş həyat yoldaşı ilə çəkişmələrimiz hələ də davam edir. Daha doğrusu, mən onunla çəkişmirəm. O bizdən əl çəkmir. Müsahibələrimdə onun fırıldaqçı və yalançı olduğunu demişəm.

Allah bizi şərdən, böhtandan qorusun. Onun da qarşısına normal bir insanın çıxmasını arzu edirəm. Bəlkə, başı yeni həyatına qarışa və bizdən əl çəkə.