Moldova Prezidenti: Bakı Forumu dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkandır


Digərləri 16 Mar 2018 13:55:00 202 0

Moldova Prezidenti: Bakı Forumu dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkandır

"Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb".

Bakı. Əli Mustafayev - Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb. Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Moldova Prezidenti İqor Dodon deyib. O qeyd edib ki, forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub: “Biz bir neçə regiona aid olan vacib məsələləri müzakirə etdik. Mənim iştirakımla Balkanlardakı vəziyyətin müzakirəsi baş tutdu. Bu bölgədə həll olunmamış bir neçə problem mövcuddur. Mən hesab edirəm ki, bu problemlər Bakı forumunda layiqincə işıqlandırıldı”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin