Bakının 7 polis bölməsinə şöbə statusu verilib - EKSKLÜZİV


Siyasət 16 Mar 2018 13:35:47 295 0

Bakının 7 polis bölməsinə şöbə statusu verilib - EKSKLÜZİV

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb

Bakının yeddi polis bölməsinə şöbə statusu verilib.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Şöbə statusu alan polis bölmələri aşağıdakılardır:

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi.