"Bakı limanı Asiya ilə Avropa arasındakı ticarət şəbəkəsində vacib yer tutur" FOTO


Digərləri 16 Mar 2018 13:31:00 301 0

"Bakı limanı Asiya ilə Avropa arasındakı ticarət şəbəkəsində vacib yer tutur"  FOTO

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Avropa İttifaqı (Aİ) "Ələtdə yeni Bakı limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ dəstəyi" adlı birgə layihə təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən layihəyə qurumun bir milyon avroya yaxın texniki yardımın ayrılmasını nəzərdə tutur.

2018-2019-cu illəri əhatə edəcək proqram çərçivəsində liman əməliyyatları, idarəetmə, biznes, insan resursları, əmək və ətraf mühitin mühafizəsi, ictimaiyyətlə əlaqələr sahələrində təcrübə mübadiləsi aparılacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Taleh Ziyadov layihənin təqdimatı zamanı bildirib ki, liman Avropanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq edir və layihə icra olunduqca bu əməkdaşlıq daha da genişlənəcək.


Xəbərə aid fotolar