Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi


Digərləri 16 Mar 2018 13:37:25 284 0

Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.