Bakı metrosunda QORXUNC HADİSƏ


Digərləri 16 Mar 2018 13:10:00 278 0

Bakı metrosunda QORXUNC HADİSƏ

Bakı metrosunun "İçərişəhər" stansiyasında həyəcanlı anlar yaşanıb.

Son.az xəbər verir ki, Sərnişin qatar yoluna yıxılıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Qatar olmayan vaxt. Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı 10 dəqiqə sonra məlumat verə bilərəm".

Təhməz Təkin Son.az