Daha bir dünyaca məşhur müğənni Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək


Digərləri 16 Mar 2018 13:11:30 273 0

Daha bir dünyaca məşhur müğənni Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək

Daha bir dünyaca məşhur müğənni Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Son.az-a verilən məlumata görə, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-i, şənbə günü 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov K.Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib:

"K.Aqileranın 2018 Formula 1 Azərbaycan Qran Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O, həqiqətən də, superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbirsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək K.Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!"

Xatırladaq ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.