Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir


Siyasət 16 Mar 2018 12:57:46 231 0

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir

Kestutis Yankauskas: "Biz sazişin tezliklə imzalanması üçün intensiv işləməyə hazırıq"

"Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir." 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. 

Onun sözlərinə görə, danışıqlar video-konfrans vasitəsilə iki sektor üzrə keçirilir: "Digər sahələr, o cümlədən saziş üzrə siyasi danışıqlar üçün tarix müəyyənləşməkdədir. Danışıqların növbəti raundu Bakıda keçiriləcək və Brüsseldən nümayəndə heyəti gələcək. Müzakirələrin yaxın vaxtlarda baş tutacağına ümid edirik".

K.Yankauskas bildirib ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Brüsseldə söylədiyi kimi, saziş üzrə danışıqlar bu il başa çata bilər: "Biz sazişin tezliklə imzalanması üçün intensiv işləməyə hazırıq. Mən bu il müzakirələrin bitəcəyinə ümid edirəm".