Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı VİDEO FOTO


Dünya 16 Mar 2018 12:50:00 277 0

Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı  VİDEO  FOTO

19 yaşlı oğlan birlikdə tətilə getdiyi 20 yaşlı qızı otel otağında yastıqla boğaraq öldürüb, sonra da cəsədini çemodana qoyaraq oteldən çıxarıb, metro stansiyasının yaxınlığına atıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Honq-Konqda yaşayan 20 yaşlı Poon Hiu-wing-in cəsədini polislər Tayvanın paytaxtı olan Taybey şəhərindən tapıblar.

Qızlarının evə qayıtmadığına görə narahat olan valideynlər onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis Taybey şəhərindəki metrostansiyaların birindən Poon Hiu-wing-in cəsədini tapıblar.

İlk şübhəli kimi qızın sevgilisi Chan Tung-kai saxlanılıb. Onun birlikdə tətilə getdiyi sevgilisini yastıqla boğub öldürdüyü məlum olub.

Chan Tung-kai həbs olunub.


Xəbərə aid fotolar