Albaniya prezidenti: "Qarabağ münaqişəsinin həlli məsələsində inkişaf və sabitlik üçün çalışmaq lazımdır"


Siyasət 16 Mar 2018 12:31:45 287 0

Albaniya prezidenti: "Qarabağ münaqişəsinin həlli məsələsində inkişaf və sabitlik üçün çalışmaq lazımdır"

İlir Meta: "Bu gün dünya bir sıra qlobal və regional çağırışlarla üzləşib"

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində inkişaf və sabitliyin təmin olunması üçün çalışmaq lazımdır."

"Report" xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta VI Qlobal Bakı Forumunda jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün dünya bir sıra qlobal və regional çağırışlarla üzləşib. 

"Azərbaycan isə bu fonda planlı şəkildə inkişafa davam edir", - İ.Meta bildirib.