Moldova prezidenti ATƏT-in kiçik ölkələrinin sammitinin yaradılmasını təklif edib


Siyasət 16 Mar 2018 12:37:14 248 0

Moldova prezidenti ATƏT-in kiçik ölkələrinin sammitinin yaradılmasını təklif edib

Moldova Prezidenti: Biz heç bir zaman piyada fiquru olmaq fikrində deyilik

"ATƏT-in kiçik ölkələrinin sammitinin yaradılmasını və 2019-cu ildə ilk iclasının keçirməsini təklif edirəm."

"Report"un verdiyi xəbərə görə, bu barədə VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel sessiyasında çıxışı zamanı Moldova Prezidenti İqor Dodon deyib.

Prezident vurğulayıb ki, Moldova-Dnestryanı problemi Moldovanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Regional əməkdaşlığa toxunan İ.Dodon bildirib ki, Moldova Rusiyaya və ABŞ-a qarşı çıxmaq fikrində deyil: "Biz hamı ilə dostluq edəcəyik. Ancaq kimsə ilə və ya kiməsə qarşı heç vaxt piyada fiquru olmaq fikrində deyilik".