Artur Rasizadə: "Ölkədə yoxsulluq 5.4 faizə enib"


Digərləri 16 Mar 2018 12:37:37 268 0

Artur Rasizadə: "Ölkədə yoxsulluq 5.4 faizə enib"

Azərbaycan ötən illər ərzində böyük uğurlara nail olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.

Artur Rasi-zadə bildirib ki, ölkədə aparılan düşünülmüş tədbirlər nəticəsində yoxsulluq 5.4 faizə enib, yaşama müddəti 72.4-dən 75.4-ə yüksəlib. Baş nazir vurğulayıb ki, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.