Qarabağ FK-nın adı fəxri mükafatlara namizədlər arasında


Digərləri 16 Mar 2018 12:32:00 241 0

Qarabağ FK-nın adı fəxri mükafatlara namizədlər arasında

Gillette – Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına Qarabağ FK-nın adı düşüb.

Bakı. Gillette – Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına Qarabağ FK-nın adı düşüb. Trend-in məlumatına görə, bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun adı var. Layihənin sponsoru Gillette-in təşəbbüsü ilə “Qarabağ” azarkeşləri onu ilin ən yaxşılarından biri seçə biləcəklər. Səsvermə martın 21-də başa çatacaq, aprelin 4-də saat 20.30-da nəticələr CBC Sport telekanalında canlı yayımlanacaq. Dünyanın ən uzunömürlü idman mükafatı layihəsi olan Milliyyet İlin İdmançısı Mükafatları 1954-cü ildən təqdim olunur. 2018-ci ildə 64-cü dəfə idman azarkeşləri ilin ən yaxşı idmançılarını seçib mükafatlandıracaqlar. İldən-ilə daha çox azarkeşi özünə cəlb edən Mükafatlara ötən ilki səsvermədə rekord sayda – 3 milyon səs yığılıb.