Xaçmazın daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
Digərləri 16 Mar 2018 12:36:48 188 0
SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və Novruz bayramı ərəfəsində abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Bakı.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq 2018-ci il martın 16-da Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qazın verilməsi sakinlərinin böyük sevincinə səbəb olub.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, kəndlərə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 388 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 180 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mənbə: az.trend.az