TRENDin əməkdaşı KİVDFnin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub


Digərləri 16 Mar 2018 12:27:00 249 0

TRENDin əməkdaşı KİVDFnin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqədə 67 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 169 yazı daxil olub:

"Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan edilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə, 15 istiqamət üzrə 90 yazı qalib elan olunub".