Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb"


İqtisadiyyat 16 Mar 2018 12:17:49 326 0

Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb"

Bunu baş nazir hökumətin hesabatını təqdim edərkən deyib

 Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən məlumat verib.

O, həmçinin bildirib ki, Azərbaycanda neft-qaz sənayesinin aparıcı rolu davam etməklə ölkənin nüfüzunun artmasına öz töhvəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminatı iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub", - deyə hökumət başçısı qeyd edib.