Milli Məclisin plenar iclası başlayıb


Digərləri 16 Mar 2018 12:00:00 140 0

Milli Məclisin plenar iclası başlayıb

Hökumətin hesabatını Baş nazir Artur Rasi-zadə təqdim edəcək

Milli Məclisin plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyilə keçirilən iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq.

Hökumətin hesabatını Baş nazir Artur Rasi-zadə təqdim edəcək.

İclasda hökumət üzvləri (nazirlər, dövlət komitələrinin sədrləri) də iştirak edir.