Albaniya Prezidenti: Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfədir


Digərləri 16 Mar 2018 12:03:00 214 0

Albaniya Prezidenti: Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfədir

"Azərbaycan tərəfindən təşkil olunan və Bakıda keçirilən qlobal forum böyük əhəmiyyət daşıyır və ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfə verir".

Bakı. Əli Mustafayev - Azərbaycan tərəfindən təşkil olunan və Bakıda keçirilən qlobal forum böyük əhəmiyyət daşıyır və ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfə verir. Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Albaniya Prezidenti Buyar Nişani deyib. O qeyd edib ki, Bakı forumu prezidentlərin, ölkə nümayəndələrinin, ekspertlərin bir yerə toplaşaraq beynəlxalq əhəmiyyətli məsələlərin açıq və konstruktiv müzakirə etdiyi məkandır: “Azərbaycan bizə bu məsələlərin müzakirəsi üçün qiymətli platforma təqdim edib və mən bu forumun iştirakçısı olmaqdan məmnunam”. Albaniya Prezidenti qeyd edib ki, bu formatda tədbirlərin keçirilməsi müasir dünyanın üzləşdiyi qlobal problemlər baxımından böyük əhəmiyyət kəsb edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin